Cəlilabadda piyadanı maşın vurdu, xəstəxanada keçindi

Cəlilabadda piyadanı maşın vurdu, xəstəxanada keçindi

Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.

AzerTimes xəbər verir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün gecə saatlarında rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, koma vəziyyətində xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulmuşdu.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: