Cəlilabadda məişət zorakılığına dair maarifləndirici tədbir keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad Tibb Kollecində
“Məişət zorakılığına qarşı ictimaiyyət arasında qabaqlayıcı
tədbirlərin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir
keçirib. Tədbirdə Tibb Kollecinin müəllim heyəti və tələbələri
iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov
tədbir iştirakçılarına Ombudsmanın məişət zorakılığının qarşısının
alınması sahəsindəki fəaliyyəti ilə yanaşı eyni zamanda “Məişət
zorakılığının qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu, müvafiq normativ hüquqi aktlar, Azərbaycan
Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü
illər üçün Milli Fəaliyyət Planı haqqında geniş məlumat verib.


O, tədbirin yekununda iştirakçıların suallarını
cavablandırıb.

Teqlər: