Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb.
AzerTimes xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızının olduğu yer müəyyən edilərək tapılıb.
Qeyd edək ki, o, noyabrın 24-ü itkin düşmüşdü.