Cəlilabad rayonunda güclü qar səbəbindən elektrik naqillərində
yaranan problem aradan qaldırılıb.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Məlumatda deyilir ki, havanın qarlı və şaxtalı keçməsi
nəticəsində Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin
təchizatında qısa müddətli fasilə yaranıb. Hadisədən dərhal sonra
qəza xidməti əraziyə yollanıb və qəzanın nəticələrini aradan
qaldırıb.
Hazırda rayonun elektrik enerjisi təchizatı ilə bağlı problem
yoxdur.
Xatırladaq ki, ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar
kəndlərinə güclü qar yağması səbəbi ilə Cəlilabadın bir neçə
kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə
yaranıb.