Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri – 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.