Cəlilabadda ağır yol qəzası baş verib.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı “Hyunday Santafe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.
Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.