Cəlilabadda 7 min manatlıq noxud oğurlanıb

Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat
dəyərində noxud oğurlayan rayon sakini saxlanılıb. Həmin şəxsi
oğurluğu qohumları ilə birlikdə etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Cəlilabad
rayonu sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus
anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat
verib.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin
təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədov və
Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar. Ayrı-ayrı vaxtlarda
gecə saatlarında həmin anbardan oğurladıqları noxudu S.Qurbanovun
idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: