Cəlilabadda 5 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəlilabadda 5 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəlilabad rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 5-i saat 14 radələrində Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Musalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Əmənov Rabil Əlibala oğlunun idarə etdiyi VAZ-21063 markalı avtomobil hərəkətdə olarkən 2017-ci il təvəllüdlü Musalı kənd sakini Ceyhun Canəli oğlu Fərəclini vurub. Nəticədə uşaq Bakı şəhəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həmin gün orada ölüb.

Fakta görə Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: