Cəlilabad rayonunda 5 avtomobil qarda batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata
görə, rayoun Kövüzbulaq kəndində, içərisində vətəndaşların olduğu 5
ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə kömək
üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin
müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən
tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə
çıxarılıb.