Cəlilabad rayonuna yeni yol polisi rəisi təyinatı olub.
AzerTimes Report-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Şəhmir Uluxanov Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu vəzifəyədək mayor Ş.Uluxanov Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin may ayından etibarən polis mayoru Şəhmir Uluxanov sərəncama götürülmüşdü.