Cəlilabad polisindən narkoəməliyyat: 6 nəfər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 rayon sakini
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş
məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən rayon sakinləri P.Əsgərov, E.Bədirov, B.Şıxəliyev,
S.Nəsirov, R.Fərzəliyev və R.Qasımov saxlanılıblar. Şəxsi axtarış
zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ
narkotik vasitələr və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Teqlər: