Cəlil Məmmədquluzadə küçəsi əsaslı təmir edilir (FOTO/VİDEO)

2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi
rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin
əsaslı təmirinə başlanılıb.

Agentlikdən AzerTimes-a bildirilib ki, Təmir işləri adıçəkilən
küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək
olan 600 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə
küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.

Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan
hissənin ortalama eni 21 metr təşkil edir. Hazırda bu hissədə köhnə
bordürların sökülməsi və yenilərinin inşası işləri aparılır.
Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində köhnə
asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması,
səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş
yağış-kanalizasiya sisteminin bərpası aparılacaq.

Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən
Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissədə
aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada
səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri
aparılıb. Bu istiqamətdə artıq 4320 kv.m piyada səkisi bərpa
olunub, səkilərin kənarlarına 1632 p /metr səki daşı düzlüüb.
Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra
olunur.

Anoloji təmir işləri rayonun İlqar İsmayılov (282m) və Nəcəf bəy
Vəzirov (122m) küçələrində də davam etdirilir. Bununla yanaşı,
ümumi uzunluğu 1130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy
Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.

Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu
ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m),
Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş
Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələri artıq
təmir edilib.

2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu
ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra
olunub.

Teqlər: