Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları ekstremist təşkilatın üzvü olan və dövlət bayraqlarını yandırmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə komitədən məlumat verilib.
“2024-cü il mayın 29-dan 30-na keçən gecə Cəlalabad vilayətinin Suzak rayonunun Bekabad kəndində Qırğızıstan Respublikasının dövlət bayraqlarının yandırılaraq qəsdən məhv edilməsi və sonradan üzərinə ərəb dilində mətnlər yazılmış ağ bayraqlarla əvəzlənməsi faktı qeydə alınıb. Həmin şəxslərin “Hizb ut-Təhrir” dini ekstremist təşkilatının üzvü olan 19 və 16 yaşlı ölkə vətəndaşları olduqları məlum olub”, – məlumatda deyilir.