Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü

Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü

Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri, Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, general-leytenant Cəlal Arutyunyana qarşı ittiham irəli sürülüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, 2020-ci ildə 44 günlük müharibə zamanı Arutyunyan xidməti vəzifələrində səhlənkarlıq göstərib, bu da ciddi nəticələrə, xüsusən də canlı qüvvə və zirehli texnikanın böyük itkisinə, ehtiyat qüvvələrinin yararsız vəziyyətə düşməsinə, atəş mövqelərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsinə səbəb olub.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 27-də içində Cəlal Arutyunyanın da olduğu hərbi kortej “Bayraqdar” PUA-sı tərəfindən darmadağın edilmişdi.

Maşının darmadağın olmasına baxmayaraq, Cəlal Arutyunyan ölmür, ağır yaralanır. O, dərhal xəstəxanaya yerləşdirilir. Uzun müddət komada qalandan sonra isə nəyahət ayılır.

Teqlər: