Çəkiliş zamanı İTV-nin avadanlıqları oğurlandı

Çəkiliş zamanı İTV-nin avadanlıqları oğurlandı

Mayın 21-də günorta saatlarında Səbail rayonu Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.

Bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan 2 ədəd çəkiliş relsinin ümumilikdə dəyərinin 1800 ABŞ dolları olduğunu bildiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb. O, ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Bölmə əməkdaşları tərəfindən həmin avadanlıqlar satıldığı yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Toplanan materiallar araşdırılması üçün müvafiq İstintaq Şöbəsinə göndərilib.

Füzuli Hüseynovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.