Cəhənnəm qapımızdadır – BMT-dən şok xəbərdarlıq

Cəhənnəm qapımızdadır – BMT-dən şok xəbərdarlıq

Onlarla ölkədə etirazlar, qeyri-sabitlik və aclıq başlaya bilər.

AzerTimes xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Besli deyib.

O bildirib ki, buna səbəb bütün dünyada ərzağın sürətlə bahalaşmasıdır.

Ədis-Əbəbədə çıxışında Besli qeyd edib ki, dünya qorxuducu qıtlıqla üzləşib. O, xüsusilə Rusiya və Ukrayna taxılından asılı olan ölkələrdə vəziyyətin pisləşəcəyindən narahatlığını ifadə edib.

“Hələ Ukrayna krizisindən öncə biz COVİD-19 pandemiyası və yanacağın qiymətinin qalxması ilə üz-üzə qaldıq. O zaman düşünürdük ki, bundan pis ola bilməz. Ancaq Ukraynada başlayan müharibə daha pisi olduğunu üzə çıxardı”, – o deyib.

“Quardian”ın məlumatına görə, Ukrayna hər il 400 milyon insanı təmin edən ərzaq məhsulları ixrac edir. Ukrayna dünyadakı günəbaxan yağı istehlakının 42%-ni, qarğıdalının 16%-ni, buğdanın 9%-ni verir.

Beslinin sözlərinə görə, koronavirus, iqlim dəyişikliyi və Ukrayna müharibəsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 650 milyondan 810 milyona qalxıb.

Teqlər: