Cef Bezos insanın aya enməsi proqramında iştirak üçün NASA-ya 2 milyard dollar təklif edib

ABŞ-ın “Blue Origin” aerokosmik şirkətinin rəhbəri Cef Bezos NASA administrasiyasının rəhbəri Bill Nelsona şirkətə 2 milyard dollar ödəməməyi təklif edib. Bunun müqabilində C.Bezos “Blue Origin” şirkətinin insanın Aya enməsi proqramınında iştirak etməyi təklif edib.

AzerTimes-ın məlumatına görə, bu barədə C.Bezos tərəfindən ünvanlanan açıq məktubda bildirilib.

Onun sözlərinə görə, həmin məbləğ 2024-cü ildə insanın Aya enməsi üçün sistemin hazırlanması üzrə proqramın büdcə kəsirinin ödənilməsinə verilmə idi:


“”Blue Origin” şirkəti bu ilin və sonrakı iki maliyyə ilində 2 milyard dollara çatan bütün ödənişlərdən imtina edərək insanın Aya enməsi üçün sistemin hazırlanması üzrə proqramının büdcə maliyyəsindəki kəsiri dolduracaq. Bu, proqramın lazımlı yoluna qayıtması üçün edilir”.

Bunun qarşılığında şirkət Ayda çıxarıla bilən və fərqli raket-daşıyıcıları ilə çatdırıla bilən hidrogenlə çalışan eniş modulunu yaratmaq üçün onunla müqavilə bağlamağı xahiş edib.