Çeçenlər qəzəblidir: Kadırov müsəlmanlara xəyanət edir

Çeçenlər qəzəblidir: Kadırov müsəlmanlara xəyanət edir

Müharibəyə getmək istəməyən Rusiya vətəndaşlarının sayı durmadan artır. Bu səbəbdən Rusiya Orta Asiya ölkələrinin vətəndaşlarını orduya cəlb etməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Yeni əsgər ehtiyatların formalaşdırılması üçün Kreml rəhbərliyi getdikcə daha çox əcnəbiləri orduya cəlb etməyə çalışır. Yeni ordu hissələrinin formalaşdırılması üçün yerli rəhbərlik hərbi komissarlıqların və polis idarələrinin əməkdaşlarına Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları arasında təşviqat işi aparmağı tapşırıb”,- məlumatda deyilib.

Qeyd olunur ki, müqavilə bağlamağa və Ukraynaya getməyə razı olanlara pulla yanaşı, Rusiya vətəndaşlığı da təklif olunur.

Kəşfiyyatın məlumatına görə, Moskvanı razı salmaq üçün adamların müharibəyə məcburən aparılması Çeçenistan sakinləri arasında da narazılıq yaradıb:

“Çeçenistanda Ukraynaya döyüşə göndəriləcək 4 batalyonun formalaşdırılması və təlimi davam edir. Təşkil edilmiş batalyonlardakı şəxslərin əksəriyyəti Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən əsasən kənd yerlərindən qaçırılan yerli gənclərdir. Onlar qondarma ittiham və ya işgəncələr altında müharibədə iştirak etmək üçün müqavilə bağlamağa məcbur olurlar. Vətəndaşlar Çeçenistan rəhbəri Ramzan Kadırovun müsəlmanları iki xristian xalqının – rusların və ukraynalıların müharibəsində iştirak etmək və ölmək üçün göndərməsinə qəzəblərini bildirirlər. Kadırovun belə siyasəti müsəlmanlara xəyanət kimi qəbul edilir”.

Teqlər: