Birləşmiş qüvvələr Donetskin Soledar şəhərində “Knauf” zavodunun ərazisini nəzarətə götürüb.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat yayıb.
O bildirib ki, “Əhməd” xüsusi təyinatlıları ikinci “lxr” xalq milisi korpusu ilə birgə “banderaçılar”ı təmizləməyə davam edir.
“Donbasdakı vəziyyətlə bağlı mənə video-müraciətlə “Əhməd” xüsusi təyinatlılarının komandiri vəzifəsini yerinə yetirən Əhməd Saydarxanov məruzə etdi”, – Kadırov qeyd edib.