Çeçenistanda oktyabrda bir neçə bayramla bağlı kütləvi tədbirlərin təşkili planlaşdırılır, lakin əsas günlər içərisində oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin ad günü var. Respublika Rusiya liderinin ad gününü geniş miqyasda qeyd edəcək.
AzerTimes xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov söyləyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti ölkədə 1 nömrəli vətənpərvərdir.
Çeçenistan rəhbəri vurğulayıb ki, Putinin dövlət və cəmiyyət qarşısındakı xidmətləri respublika sakinləri tərəfindən yüksək qiymətləndirilir.
Xatırladaq ki, 2022-ci il oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinin 70 yaşı tamam olur.