Çeçenistan hökumətinin rəhbəri Müslüm Xuçiyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən istefa verib.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında paylaşım edib.
“Mən əminəm ki, yeni işində o, yüksək peşəkarlıq və ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcək”, – Kadırov qeyd edib.
Onun sözlərinə görə, Çeçenistan hökumətinin başçısı vəzifəsi müvəqqəti olaraq İsa Tumxadjievə tapşırılıb.