Rusiyanın “Əhməd” xüsusi təyinatlı alayının komandiri Aptı Alaudinov Polşanın milli sanksiyalarına məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Alaudinov Ukrayna müharibəsi sonra Polşa tərəfindən sanksiyaya məruz qalan 17-ci şəxsdir.
Polşa Daxili İşlər Nazirliyinin tərtib etdiyi rəsmi siyahıda xüsusilə qeyd olunur ki, Alaudinov Polşa ərazisində arzuolunmaz şəxsdir və onun aktivləri varsa dondurulmalıdır.