Rusiya Müdafiə Nazirliyinin “Qərb-Əhməd” çeçen batalyonunun şəxsi heyəti Belqorod vilayətində Rusiya Federasiyasının sərhədinin mühafizəsinə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram hesabında məlumat yayıb.
Kadırovun sözlərinə görə, batalyon döyüşçüləri Ukrayna diversiya-kəşfiyyat qruplarına qarşı mübarizə apararaq onların bu sərhədyanı bölgə ərazisinə daxil olmasının qarşısını almaqla məşğul olacaq.