Cəbrayılın bu kəndində kəhrizlər bərpa olunur

Cəbrayılın bu kəndində kəhrizlər bərpa olunur

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur.

AzerTimes xəbər verir ki, bunu Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva Ekoloji məsələlər üzrə İşçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

N.Qaracayeva qeyd edib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa-tikinti işləri başlayıb:

“İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa edilir, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər isə yaxın aylarda tamamlanacaq”.

İşçi qrupun üzvü vurğulayıb ki, “Böyük Qayıdış” proqramının birinci mərhələsində 2024-cü ilin sonunadək Horovlu kəndində əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək:

“Növbəti illər üçün kənd əhalisinin sayının təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır”.

Teqlər: