Cəbrayılda bp şirkətinin tikəcəyi 240 meqavatt gücündə günəş
elektrik stansiyasının investisiya dəyəri təxminən 200 milyon
dollar olacaq.
Trend-in məlumatına görə, bunu Energetika
Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin
direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.
“bp ilə imzalanmış saziş çərçivəsində Cəbrayılda günəş elektrik
stansiyasının tikintisi üçün tədqiqat işləri aparılır. Bundan
başqa, Qarabağda kiçik su elektrik stansiyalarının bərpası
planlaşdırılır. Bugünədək artıq 4 kiçik su elektrik stansiyası
bərpa olunub. Həmçinin, bu il beş kiçik su elektrik stansiyasının
tikintisi planlaşdırılır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsinin inkişaf
prioritetlərindən biri layihələrin özəl sektorla birgə
reallaşdırılmasıdır.
“Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf
strategiyası çərçivəsində bir sıra analoji layihələrin
reallaşdırılması planlaşdırılır”, – T.Əmmayev deyib.
(Tərcümə: Orxan Nəbiyev)