Cəbrayıl. Ceyhun Ələkbərov – Trend:
Cəbrayılın minalardan təmizlənən Soltanlı kəndində artıq əkin sahələrində taxıl səpilib.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Cəbrayıl rayon sakini Hidayət Səfərli deyib ki, işğaldan öncə taxılçılıq, üzümçülük və baramaçılıq rayon əhalisinin əsas məşğuliyyəti olub.
O bildirib ki, Cəbrayıl minalaradan təmizləndikcə burada yenidən həmin sahələr bərpa ediləcək:
“Cəbrayıl həmişə kənd təsərrüfatı rayonu olub. Burada heyvandarlıq, baramaçılıq, üzümçülük geniş inkişaf etmişdi. Hətta Cəbrayılda işğaldan qabaq 60 min ton üzüm istehsal edilirdi. Buranın torpağı münbitdir, su ehtiyatları da boldur”.