Xəbər - Fidan Babayeva – Trend:
Cəbrayıl rayonunda iki su elektrik stansiyasının tikintisini 2 – 2,5 il ərzində bitirmək planlaşdırılır.
Bunu AzerTimes-a Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.
Onun sözlərinə görə, su elektrik stansiyaları “Xudafərin” və “Qız qalası” su qovşaqlarında inşa olunacaq: “Ümumi gücü 140 meqavatt olan bu stansiyaların tikintisi Azərbaycanın ekoloji təmiz elektrik enerjisi ilə təmin olunmasına xüsusi töhfə verəcək. Azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin potensialının səmərəli istifadəsi üçün tədbirlər planı hazırlanır. Tədbirlər planı yüksək günəş və külək enerjisi potensialı olan rayonlarda ölçü-müşahidə stansiyalarının qurulması, eləcə də bərpa olunan enerji potensialının dəqiq hesablanması üzrə işləri əhatə edir”.
T.Ammayev əlavə edib ki, ilkin hesablamalara əsasən, istismara verildikdən sonra bu su elektrik stansiyaları ildə 356 milyon kilovatt-saat elektrik enerjisi istehsal edəcək.
(Tərcümə: Orxan Nəbiyev)