Cəbrayılda elektrik xətləri tamamilə yerin altında olacaq

Cəbrayılda elektrik xətləri tamamilə yerin altında olacaq

Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq.

AzerTimes xəbər verir ki, bunu əraziyə təşkil olunmuş mediaturda Azərişıq ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

“Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək”, – deyə o qeyd edib.

Teqlər: