Mətanət MMC-yə Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
AzerTimes xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.
Onun sözlərinə görə, şirkət Parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq:
“İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib.