Xəbər - Samir Əli – Trend:
İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.
“Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib”, – Ə.Şahidov qeyd edib.