Cəbrayıl, Suqovuşan və Zəngilanda yaxın vaxtlarda yeni məktəblər
istifadəyə veriləcək.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Ən
yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində
çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün təhsilin qarşısında bir sıra vacib
məsələlər dayanır. Şuşada və Ağdamda məktəblər tikilir.
“Bununla yanaşı Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın
vaxtlarda yeni məktəblər istifadəyə veriləcək”, – deyə o
bildirib.