Cəbrayıl sakinlərinə qarşı dələduzluq edən Sədaqət Əzizova və digərlərinin cinayət işi məhkəməyə göndərilib

Bakı şəhər sakini Sədaqət Əzizovanın qabaqcadan əlbir olduğuğu
şəxslərlə birlikdə bir neçə Cəbrayıl rayon sakininə qarşı
dələduzluq etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı
tamamlanıb.

Cəbrayıl rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış istintaqla Sədaqət Əzizovanın özbaşına özünü Səhiyyə
Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək qabaqcadan əlbir
olduğuğu Aybəniz İbişova, Elçin Abışov və Vasif Abışov ilə birlikdə
bir neçə Cəbrayıl rayon sakininin hazırda dayandırılmış sosial
müavinətlərinin yenidən bərpa etdirəcəyinə dair yalan vəd verərək
aldatma yolu ilə onların 2021-ci ilin müxtəlif vaxtlarında
ümumilikdə 5851 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə
əsaslı şübhələr müəyyən edilib.

Sədaqət Əzizova, Elçin Abışov və Aybəniz İbişovaya Cinayət
Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli
şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət
verməyə təhrik etmə), Vasif Abışova isə həmin məcəllənin 178.2.1,
310 və 32.4,312.2-ci maddələri ilə yekun ittiham elan edilib

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: