Ukrayna ordusunda kəskin sursat və pilotsuz təyyarələrin çatışmazlığı yaşanır.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
“Bu səhər cəbhədən qayıtdım. Mərmilər çatışmır. Bizim hərbçilər belə deyir. Hava hücumundan müdafiə sistemləri də çatışmır”, – eks-prezident vurğulayıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrində dron çatışmazlığı da var, baxmayaraq ki, ordunun xüsusi anbarlarında on minlərlə dron var: “Bu, cəzasını tələb edən cinayətdir”.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski mərmi çatışmazlığının olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi tələb olunan həcmdə silah tədarükünü bərpa etməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkilməyə başlayacaq.