Cəbhədə son vəziyyət: Zelenski təfərrrüatı açıqladı…

Cəbhədə son vəziyyət: Zelenski təfərrrüatı açıqladı…

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə görüş keçirib. Görüş zamanı hərbi əməliyyatların əsas istiqamətləri müzakirə olunub.

AzerTimes xəbər verir ki, bu barədə Teleqram hesabında məlumat verən Zelenski görüşdə Donetsk vilayətindəki vəziyyətə xüsusi diqqət yetirildiyini bildirib.

O qeyd edib ki, xüsusilə Kuraxovo istiqaməti cəbhənin ən çətin hissəsi olaraq qalır, burada Ukrayna hərbçilərinin mövqelərinin möhkəmləndirilməsi üzrə işlər davam edir. Prezidentin sözlərinə görə, Zaporojye istiqamətində diqqət tələb edən təhlükələr olsa da, Ukrayna Silahlı Qüvvələri vəziyyətə nəzarət edir.

Zelenski bildirib ki, Kursk vilayətinin sərhəd bölgəsində əməliyyat davam edir. Bu əməliyyat zamanı ukraynalı əsgərlər nəinki mövqeləri müdafiə edir, həm də Rusiya hərbçilərinə xeyli itki verirlər.

Zelenski vurğulayıb ki, bu istiqamətdə əsas vəzifə Rusiyanın potensialını mümkün qədər zəiflətməkdir.

Teqlər: