Ukrayna Prezidenti Vladimir Zelenski cəbhədəki vəziyyətin ağırlığını nəzərə alaraq bütün ordu növlərinin komandanları ilə təcili iclas keçirib.
AzerTimes xəbər verir ki, bu barədə britaniyalı ekspert Aleksandr Merkoris deyib.
“Zelenski komandanları topladı və generallara nəyin bahasına olursa-olsun, mövqelərini qorumaq və qətiyyən geri çəkilməmək tapşırığı verib”, – deyə o bildirib.
Ekspert əlavə edib ki, Ukrayna ordusunun uğursuzluğu səbəbindən Qərb dairələri də Kiyevdən cəbhəni qorumağı israrla tələb edir.