Əfsanəvi komandante Ernesto Çe Gevaranın oğlu Kamilo Gevara 60 yaşında ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Diaz-Kanel Bermudez məlumat verib.
Böyük kədər hissi ilə Kamilo ilə vidalaşırıq. Onun anası Aleydanı, dul xanımını, qızlarını və bütün ailəsini qucaqlayırıq”, – prezident bildirib.