Xəbər - Çingiz Səfərli – Trend:
Sentyabrın 28-də Azərbaycan çaylarında müşahidə olunan sululuq səviyyəsi açıqlanıb.
Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində suyun səviyyəsində 4 sm, Zəyəmçay-Ağbaşlarda 3 sm azalmış, Gəncəçay-Zurnabad, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb, Viləşçay-Şıxlar məntəqəsində suyun səviyyəsində 2 sm, Təngərüdçay-Vaqo məntəqəsində 1 sm artım qeydə alınıb.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 147 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 106 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 86,0 m3/s olmaqla, ongünlük normanın 62 %-ni təşkil etmişdi.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 55 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 182 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 189 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 27,0 m3/s olmaqla, ongünlük normanın 28 %-ni təşkil etmişdi.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək, 313 sm olub, su sərfi isə 82,0 m3/san (2020-ci ildə səviyyə 287 sm su sərfi isə 129 m3/san təşkil etmişdi), Kür-Şirvanda suyun səviyyəsi 4 sm artaraq 97 sm olub (2020-ci ildə səviyyə 123 sm təşkil etmişdi), Kür-Bankədə suyun səviyyəsi 3 sm artıb və səviyyə 110 sm olub (2020-ci ildə 135 sm təşkil etmişdi), Araz-Novruzluda isə suyun səviyyəsi dəyişməyərək, 79 sm olub. (2020-ci ildə səviyyə 82 sm təşkil etmişdi).
Twitter: @cingizsafarli