Çaya 2 ədəd əlavə edin, ağrılara son verin

Çaya 2 ədəd əlavə edin, ağrılara son verin

Çayınıza 2 mixək əlavə etmək təkcə dadını deyil, həm də sağlamlığa faydalarını artırır.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, çaya əlavə edilən qida həm onun dadını, həm də faydasını artırır.

Bu təbii məhsullardan biri də çayın təsirini gücləndirən mixəkdir.

– Çaya 2 mixək əlavə etməklə baş, diş kimi ağrılardan xilas ola bilərsiniz.

– Antioksidantlarla zəngin olan mixək orqanizmin müdafiə mexanizmini dəstəkləyərək immunitet sistemini gücləndirir.

– Mixəyin aromatik quruluşu sinir sistemini sakitləşdirərək stress və narahatlığı aradan qaldırır.

– Antibakterial xüsusiyyətləri sayəsində mixək ağız qoxusunu aradan qaldırmağa və diş ətinin sağlamlığını qorumağa kömək edər.

– Çaya qatılan mixək orqanizmi sakitləşdirir.

– Mixək həzmi dəstəkləyən və mədə narahatlığını aradan qaldırmağa kömək edən komponentləri ehtiva edir.

Teqlər: