İsrail ordusu Qəzzanın şimal-şərqindəki Beyt Hanun şəhəri yaxınlığındakı Əl-Şati qaçqın düşərgəsinə daxil olaraq radikallarla döyüşür.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Son 24 saat ərzində İsrail əsgərləri Əl-Şati düşərgəsində hərəkətə başlayıb. Hərbçilər əməliyyat tədbirləri zamanı terrorçuları məhv edib, ərazidə çoxsaylı terror infrastrukturu aşkar ediblər”, – məlumatda qeyd olunub.