İsrail ordusu Qəzza zolağına qarşı kampaniyanın növbəti mərhələsinə hazırlaşır, lakin planlar qurudan hücuma dair geniş gözləntilərə uyğun gəlməyə bilər.
AzerTimes xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü polkovnik-leytenant Riçard Heçt bildirib.
“Biz müharibənin növbəti mərhələlərinə hazırlaşırıq. Onların nə olacağını hələ açıqlamamışıq. Hamı qurudan hücumdan danışır. Bu, başqa bir şey ola bilər”, – R.Heçt vurğulayıb.