İsrail Qəzzanın cənub-qərbində humanitar zona elan edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, fələstinlilər Xan Yunis yaxınlığındakı Əl-Məvasi bölgəsindəki humanitar zonaya getməlidir. Burada lazım olduqda beynəlxalq humanitar yardım göstəriləcək.
Həmçinin bildirilib ki, Qəzza zolağının şimal hissəsindəki fələstinliləri cənuba evakuasiya etmək çağırışlarını təzələyirlər. Çünki hərbçilər tezliklə bölgəni güclü şəkildə hədəf alacaqları barədə xəbərdarlıq edib.