İsrail ordusu Qəzzada müvəqqəti və ya daimi yaşayan fələstinliləri təcili olaraq evlərini tərk edərək anklavın mərkəzi hissəsinə getməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri bütün şəhərə müvafiq çağırışlar olan vərəqələr paylayıb.
Bildirilib ki, fələstinlilər Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh və Əz-Zuveyda bölgələrində humanitar zonalara təxliyə olunmağa çağırılıb.