İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin və Tulkərm şəhərlərində iki günlük antiterror əməliyyatı zamanı 20 silahlı radikalı məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bundan başqa, hərbçilər terror fəaliyyətində iştirakda şübhəli bilinən 17 nəfəri saxlayıblar.
Hazırda əməliyyat davam edir”,- məlumatda deyilir.