Çavuşoğludan NATO açıqlaması: Buna qarşı deyilik!

Çavuşoğludan NATO açıqlaması: Buna qarşı deyilik!

Türkiyə NATO-nun açıq qapı siyasətinə heç bir zaman qarşı olmayıb.

AzerTimes xəbər verir ki, bunu Praqada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Yan Lipavski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini xatırladaraq bildirib ki, Alyans çərçivəsində bütün müttəfiqlərin narahatlıqları nəzərə alınmalıdır.

Çavuşoğlu eyni zamanda vurğulayıb ki, Rusiya və terrorizm NATO-nun qarşılaşdığı iki ən önəmli təhdiddir.

Teqlər: