Çavuşoğludan Makrona cavab: Fransa obyektiv deyil!

Çavuşoğludan Makrona cavab: Fransa obyektiv deyil!

Təəssüf ki, Fransa obyektiv ola bilmir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dediklərini şərh edən nazir söyləyib ki, biz də Rusiya ilə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq:

“Amma Fransa obyektiv deyil”.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib:

“30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəbi ATƏT-in Minsk qrupunun qeyri-obyektivliyi idi”.

Teqlər: