İsveç və Finlandiya imzalanan anlaşma ilə bağlı öhdəlikləri yerinə yetirməlidir.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, öhdəliklərdən biri də terrorçuları dəstəkləməməkdir:
“Hələ ki, qaytarılmasını istədiyimiz terrorçular Türkiyəyə göndərilməyib. Əgər öhdəliklər yerinə yetirilsə, İsveç və Finlandiyanın Alyansa üzvlüyünə dair sənədlər ratifikasiya ediləcək. Əks halda isə sənədlərin ratifikasiyasına ehtiyac qalmayacaq. İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünə də veto qoyulacaq”.