Çavuşoğludan Finlandiya və İsveçə mesaj: Gözləyirik!

Çavuşoğludan Finlandiya və İsveçə mesaj: Gözləyirik!

Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətlərinə gəlincə, bu ölkələr bizim narahatlığımızı nə vaxt və necə qarşılayacaqlar?

AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İrlandiya və Norveç xarici işlər nazirləri ilə birgə keçirilən mətbuat konfransı zamanı deyib.

“Hazırda top onların tərəfindədir. Bir daha xatırlatmaq istəyirəm ki, biz onlardan yazılı cavab gözləyirik”, – Çavuşoğlu bildirib.

O, qeyd edib ki, bu məsələni sanksiyalarla həll etmək olmaz:

“Narahatlığımız qarşılanmalıdır. Niyə NATO üzvü olmaq istədiklərini anlayırıq, çünki narahatlıqları var. Bu iki ölkənin, müdafiə sənayesindəki məhdudiyyətləri aradan qaldırması gözləntimizdir”.

Teqlər: