Çavuşoğludan Baydenin “soyqırım” iddialarına cavab

Çavuşoğludan Baydenin “soyqırım” iddialarına cavab

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” iddialarına cavab verib.

AzerTimes xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitterdə yazıb.

O, siyasi şarlatanların yenidən səhnəyə çıxdığını bildirib:

“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, – o deyib.

Xatırladaq ki, bundan öncə Bayden 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirmişdi.

Teqlər: