Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 9-dan 11-dək Küveyt, Oman və Qətərə səfər edəcək.
Trend bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsinə istinadən məlumat verir.
Nazir səfər çərçivəsində hər üç ölkədən rəsmi şəxslərlə görüşəcək və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bundan başqa, bir sıra regional məsələlər də müzakirə olunacaq.