Üç qardaş ölkənin əlaqələrinin inkişafı region üçün vacib əhəmiyyətə malikdir.
AzerTimes xəbər verir ki, bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.
Nazir qeyd edib ki, üçtərəfli görüşün əhəmiyyəti olduqca vacibdir. Bu cür görüşlər yeni imkanlar yaradır. Azərbaycan və Türkiyə arasında bütün sahələr inkişaf etdirilir. Azərbaycanla enerji sahəsində imkanları daha da genişləndirmək istəyirik.
“Silahlı Qüvvələr Günü münasibətilə sizi təbrik edirəm. Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya göstərdi”,- deyə M. Çavuşoğlu qeyd edib.